Xalq artisti
Tünzalə Ağayeva ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin qonağı olub.
News365.az xəbər verir ki, pop ulduz söhbət
əsnasında mariflənmə mövzusuna toxunub.
Sənətçi bildirib
ki, cəmiyyət yaxşı işləri dəstəkləməlidir:
“Ağıllı, gözəl,
Azərbaycan dilini, ədəbiyyatını qoruyan, bizi biz edən və utandırmayan bütün
işlərə dəstək olmalıyıq. Yaxşı filmlər, seriallar, verilişlər, əsərlər,
operalar, baletlər olmalıdır. Heç olmasa həftədə, ayda bir dəfə valideyn
deməlidir ki, uşağımı teatra, kitabxanaya aparıram. Biz şikayət edə bilmərik
ki, bizim cəmiyyət maarif həyatı yaşamır. Yaşayır, sadəcə internetdə baş
verənlərin iştirakçısı olmamalıyıq. Bayağını paylaşmamalıyıq”.
News365.az