46-cı "Qızıl Moruq" antimükafatının sahibləri məlum olub. Təqdimat mərasimi ənənəyə uyğun olaraq "Oskar"dan bir gün əvvəl baş tutub.
News365.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
2026-cı ilin nəticələrinə əsasən, ən çox antimükafata layiq görülən ekran işi rejissoru Riç Li, prodüseri isə Timur Bekmambetov olan "Dünyaların müharibəsi" filmi olub. Həmin film beş fərqli nominasiyada - "Ən pis film", "Ən pis rejissor", "Ən pis ssenari", "Ən pis davam/prekvel/remeyk" və "Ən pis aktyor" kateqoriyalarında qalib gəlib.
Ekran işində əsas obrazı canlandıran Ays Kyub "Ən pis aktyor" adına layiq görülüb. Rebel Vilson isə "Casus toyu" layihəsindəki roluna görə "Ən pis aktrisa" elan edilib.
Digər nominasiyalar üzrə "qaliblər" bunlardır:
Ən pis ikinci plan aktrisa: Skarlett Rouz Stallone ("Atıcılar");
Ən pis ikinci plan aktyor: Yeddi CGI cırtdan ("Qar Ağ");
Ən pis ekran ansamblı: Yeddi CGI cırtdan ("Qar Ağ").
Keyt Hadson isə "Xəyallarının melodiyası" filmində yaratdığı obraza görə xüsusi "Kəffarə mükafatı"nı qazanıb.