Aparıcı Samir Bayramlı ARB TV-dən ayrıldığını açıqlayıb.
News365.az xəbər verir ki, aparıcı artıq bir aya yaxındır "Full show"dan öz istəyi ilə uzaqlaşdığını bildirib.
"Artıq bir aydır ki, şəxsi istəyim və qarşılıqlı razılaşma əsasında ARB TV-də yayımlanan, "Özəl media" ilə bir yerdə ərsəyə gətirdiyimiz "Full show" verilişini dayandırıb, yollarımı ayırmışam. Növbəti gözəl layihələrdə görüşmək ümidi ilə" deyə, Samir əlavə edib.