Vardanyanın ailəsi də Azərbaycanı şərlədi - Zəng etmədiyi yer qalmayıb...

Vardanyanın ailəsi də Azərbaycanı şərlədi - Zəng etmədiyi yer qalmayıb...
12:57

Bakıda həbsdə olan keçmiş mifik strukturun uydurma dövlət naziri Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eggerə məktub yazıb. 

News365.az Ermənistanın "Hraparak" nəşrinə istinadla xəbər verir ki, Vardanyanın xanımı Azərbaycandakı erməni məhbusların hüquqi statusu ilə bağlı BQXK tərəfindən aydınlıq gətirilməsini istəyib. 

Veronika Zonabend qeyd edib ki, “Məhkəmə proseslərində fundamental təminatların olmaması və ittihamların faktiki və hüquqi əsasının olmaması nəzərə alınmaqla, Azərbaycandakı açıq-aşkar qüsurlu məhkəmə prosesləri işığında aydınlaşdırmaya ehtiyac var”.

O, BQXK nümayəndələrinin Vardanyan və digər erməni məhbusları hansı əsasla ziyarət etdiklərinin konkret hüquqi statusunun aydınlaşdırılmasını xahiş edib: "Biz bilmək istəyirik ki, hərbi əsir, təhlükəsizlik səbəblərindən saxlanılmış, internatda saxlanılmış, yoxsa başqa statusları var?"

Zonabendin sözlərinə görə, "erməni məhkumların qohumları onların səhhətindən narahatdırlar". 

Xatırladaq ki, BQXK Bakıda yerləşən ofisi ötən ildən fəaliyyətini dayandırıb. Bu qurumun ölkəmizdə mövcudluğu zəruri deyil. Çünki hər hansı eskalasiya vəziyyəti, fövqəladə hal yoxdur. Erməni məktublara isə həm Ombudsmanlıq baş çəkir, həm ailələri ilə telefon əlaqəsinə şərait yaradılır, həm də saxlanma şəraitindən narazılıq bildirməyiblər. Onların səhhəti ilə bağlı narahatlığa da əsas yoxdur. Sadəcə, Vardanyanın ailəsi mütəmadi olaraq onun həbsi faktını beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirməyə çalışır.

Barəsində hökm çıxarılmış erməni məhkumların statusuna gəlincə, Zonabend yaxşı bilir ki, əri də daxil olmaqla hamısı hərbi cinayətkarlardır və separatçılıq, terrorçuluqla məşğul olub, Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyət göstəriblər.

Bildirək ki, bundan qabaq News.am dezinformasiya yaymışdı. Guya martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışsa da, telefon danışığı kəsilib. Ombudsman Aparatı ittihama faktlarla cavab vermişdi. İndi də Vardanyanın xanımı gah məktub yazır, gah müsahibələr verir, məsələni gündəmdə saxlayır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.


Sizin reklam burada
Sizin reklam burada