Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.
News365.az xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.