Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
15:26

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada