Ağdamda bayram konserti keçirilib

Ağdamda bayram konserti keçirilib
18:40

İşğaldan azad edilmiş Ağdam şəhərində sakinlər üçün Novruz bayramı ilə bağlı konsert təşkil olunub.

News365.az xəbər verir ki, konsert Ağdam Muğam Mərkəzində baş tutub. Tədbirdə Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edib.
Tədbir Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən, paytaxt və regionları əhatə edən mədəni qastrol proqramı çərçivəsində təşkil olunub.
Konsertdə orkestr dirijor Mustafa Aşurovun rəhbərliyi ilə çıxış edib, tamaşaçılara Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları təqdim olunub.(APA)


Sizin reklam burada
Sizin reklam burada