Qətlə yetirilən müəllim haqda yeni məlumat: iki uşaq anası idi...

Qətlə yetirilən müəllim haqda yeni məlumat: iki uşaq anası idi...
15:50

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin qətlə yetirilən müəllimi Pərvanə Abbasova iki uşaq anası idi.

News365.az xəbər verir ki, bu barədə Modern.az-a həmin məktəbin yaxınlığında yaşayan valideynlər məlumat veriblər.

Valideynlərin sözlərinə görə, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova 118 saylı məktəbdə informatika fənnindən dərs deyirmiş.

36 yaşlı P.Abbasova Bakı kompüter kollecini bitirib və 2021-ci ildə müəllim kimi fəaliyyətə başlayıb.

Onu ərinin bıçaqlayaraq öldürdüyü bildirilir.


Sizin reklam burada
Sizin reklam burada