Türkiyədə sahilə pilotsuz kater çıxdı

Türkiyədə sahilə pilotsuz kater çıxdı
20:30

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun vilayətində sahilə mənsubiyyəti hələ müəyyən edilməyən pilotsuz kater çıxıb.


News365.az Teleqraf-a istinadən xəbər verir ki, pilotsuz kater Çarşamba rayonunda yerli balıqçı tərəfindən aşkarlanıb. Balıqçı hadisə barədə jandarmaya və sahil mühafizəsinə məlumat verib.


Katerin aşkarlandığı ərazi mühasirəyə alınıb və obyekti araşdırmaq üçün əraziyə ekspertlər göndərilib.


Qeyd edək ki, bundan əvvəl Türkiyənin Qara dəniz sahilində yerləşən Zonguldak vilayəti yaxınlığında dənizdə pilotsuz uçuş aparatı aşkarlanmışdı. Partlayış təhlükəsi olan aparat istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.


Son dövrlərdə Türkiyənin Qara dəniz sahilindəki vilayətlərində, o cümlədən partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatlarının qalıqları dəfələrlə aşkarlanıb.


Sizin reklam burada
Sizin reklam burada