Maduro həbsxanadan fotosunu paylaşdı

Maduro həbsxanadan fotosunu paylaşdı
20:15

ABŞ-da həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro həbsxanadan fotosunu yayımlayaraq onu nəvələrinə, övladlarına və tərəfdarlarına ünvanlayıb.


News365.az xəbər verir ki, Maduro fotonu X sosial şəbəkəsində paylaşıb.


Venesuela prezidenti paylaşımında fotoları nəvələrinə, övladlarına və onları sevən bütün insanlara “sevgi və ümidin kiçik hədiyyəsi” kimi göndərdiyini bildirib. O, həmçinin möhkəm olduqlarını və qəlblərinin yaxınlarının sevgisi ilə dolu olduğunu qeyd edib.


Fotoda Maduro divarın qarşısında gülümsəyərək dayanıb. Onun boz rəngli idman geyimində olduğu görünür


Sizin reklam burada
Sizin reklam burada