NASA-nın yeni “Nensi Qreys Roman” teleskopu “Habl”ın bir əsrə edə biləcəyi işi bir ay ərzində görə biləcək.
News365.az xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib.
Məlumata görə, təxminən 4 milyard dollara başa gələn “Nensi Qreys Roman” Kosmik Teleskopu Floridadan “SpeysX” şirkətinin “Falcon Heavy” raketi ilə buraxılıb.
Teleskop ekzoplanetləri axtaracaq, qaranlıq maddə və qaranlıq enerjini öyrənəcək və ilk ilində 2 milyarddan çox qalaktikanı müşahidə edəcəyi gözlənilir.
Missiya beş il davam edəcək və ilk görüntülər 2027-ci ilin əvvəllərində gö
zlənilir.