Nəsimi Nəbizadə müalicə aldığı mərkəzdən qaçıb

Nəsimi Nəbizadə müalicə aldığı mərkəzdən qaçıb
08 Yan 2026 19:20

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

News365.az xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat yayıb.

Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən bildirilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.

Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.

Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.


Sizin reklam burada
Sizin reklam burada