Nəriman Həsənzadənin SON DURUMU - YENİLƏNİB

Nəriman Həsənzadənin SON DURUMU - YENİLƏNİB
16:03

Ötən gün xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Bu barədə News365.az-a Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti ağır stabil olaraq qalır.

***

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Bu sözləri  Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, şairin müalicəsi Mərkəzi Klinikada aparılır.

Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib./// bakıvaxtı


Sizin reklam burada
Sizin reklam burada