Yüksək temperatur təkcə fiziki yorğunluq yaratmır, birbaşa beyin fəaliyyətini və sinir sistemini hədəf alır. Mütəxəssis, professor-doktor Belma Doğan Güngen bildirir ki, aşırı istilərdə orqanizmdə maye və elektrolit balansı pozulur. Bədənin temperaturu tənzimləmək üçün damarları genişləndirməsi və tərləməni artırması beynin yükünü dəfələrlə çoxaldır.
Bəs bu vəziyyət sağlamlığımıza və gündəlik həyatımıza necə təsir edir?
Sinir hüceyrələrində yüksək stress: Bədən temperaturuna nəzarət mexanizmi zəiflədikdə başgicəllənmə, halsızlıq, şüur bulanıqlığı və huşun itməsi kimi hallarla qarşılaşmaq mümkündür.
İsti vurmasının ağır fəsadları: Təcili tibbi müdaxilə olunmadıqda bədən hərarətinin kritik həddə çatması beyin ödemi, koma və qalıcı nevroloji zədələnmələrə gətirib çıxara bilər.
Zehni fəaliyyətin zəifləməsi: İsti hava diqqəti cəmləməkdə çətinlik, yaddaş zəifləməsi, əsəbilik, narahatlıq və davamlı yorğunluq hissi yaradır.
Davranış dəyişikliyi, yüksək qızdırma və ya şüur bulanıqlığı müşahidə edildikdə dərhal həkimə müraciət etmək vacibdir.
News365.az