Hövsan sakinlərinə MÜHÜM XƏBƏR

Hövsan sakinlərinə MÜHÜM XƏBƏR
13:14

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkətinin təşkili, bu istiqamətdə həm yeni qatarların alınması, həm də mövcud stansiyaların və dəmir yolu infrastrukturunun təmir-bərpası planlaşdırılır”.

News365.az xəbər verir ki, bu barədə Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində media nümayəndələrinə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov bildirib. 

ADY rəsmisi əlavə edib ki, artıq layihələndirmə işlərinə başlanılıb, eyni zamanda qatarların alınması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir:

“”Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır”, - deyə A.Fərəcov qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada