Azərbaycanda sabiq idarə rəisi vəfat edib.
News365.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Cəlal Fətullayev dünən ölüb. O, uzun müddət sözügedən quruma rəhbərlik edib. İdarənin bazasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradılandan sonra o, öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Məlumata görə, C.Fətullayev xəstəlik səbəbindən dünyasını dəyişib.