Tehran şəhərində zəlzələ qeydə alınıb.
News365.az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 15:28-də baş verən yeraltı təkanların gücü 4,1 bal olub, ocaq dərinliyi isə 8 kilometr təşkil edib. Belə zəif və orta güclü zəlzələlər adətən geniş ərazilərdə hiss oluna bilir.
Məlumata əsasən, zəlzələ paytaxtın bəzi hissələrində hiss edilsə də, dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.
News365.az