Deputatdan qlobal enerji və geosiyasət şərhi

Deputatdan qlobal enerji və geosiyasət şərhi
14:25

Milli Məclisin deputatı Rasim Musabəyov qlobal enerji və geosiyasi vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib.

News365.az-a danışan deputat bildirib ki, Çinin enerji tələbatı yüksək səviyyədədir və bu ehtiyacın böyük hissəsi xarici mənbələr hesabına ödənilir. Onun sözlərinə görə, Pekinin region ölkələri ilə ticarət dövriyyəsi ABŞ-la müqayisədə xeyli üstündür.

Rasim Musabəyov qeyd edib ki, Avropa ölkələri mövcud şəraitdə daha aktiv mövqe sərgiləməlidir: “Vaxtilə deyirdik ki, görüşlər keçirilir, müzakirələr aparılır, lakin nəticə əldə olunmur. İndi isə konkret addımların atılmasına ehtiyac var”.

Deputat əlavə edib ki, Çin regionda maraqlarını gizlətmir və bu ölkə daha əvvəl Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi rolunu oynayaraq tərəflər arasında yaxınlaşmaya nail olmuşdu.

O, həmçinin İrana silah tədarükü ilə bağlı iddialara da münasibət bildirib. Musabəyovun sözlərinə görə, rəsmi şəkildə bu cür tədarüklər təsdiqlənməsə də, bəzi silahların Rusiya və ya Çin mənşəli olması ilə bağlı fikirlər mövcuddur. Bununla belə, deputat yeni silahların birbaşa İrana çatdırılması ilə bağlı məlumatları inandırıcı hesab etmədiyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada