"Neftçi" azarkeşlərini yeni transferlə sevindirdi

"Neftçi" azarkeşlərini yeni transferlə sevindirdi
08 Fev 2025 18:55

"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunun transferini açıqlayıb.


Klubdan verilən məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb. Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.


Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.


Sizin reklam burada
Sizin reklam burada