NATO Litvada 4 ABŞ əsgərinin öldüyünü təsdiqlədi

NATO Litvada 4 ABŞ əsgərinin öldüyünü təsdiqlədi
27 Mar 2025 13:00

NATO-nun baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin öldüyünü açıqlayıb.     

News365.az xəbər verir ki, hadisə Pabrade yaxınlığındakı General Jukauskas poliqonunda baş verib. 

"Hadisənin təfərrüatları haqqında hələ də çox az məlumatımız var. Bu, dəhşətli xəbərdir". 

Bundan əvvəl su altında itkin düşən əsgərlərin yerləşdiyi M88 zirehli xilasetmə maşını aşkar edilmişdi. Litva və Amerika qüvvələrinin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatı davam edir. 

Təlimlər NATO-nun alyansın şərq cinahında mövcudluğunu gücləndirməsi çərçivəsində keçirilib.


Sizin reklam burada
Sizin reklam burada