Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı
11:20

Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb.

News365.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Azər Mürsəlov saxlanılıb.

Ondan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Mürsəlov barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada