Ukrayna münaqişənin nizamlanması tamamilə Moskvadan asılıdır.
News365.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunun iştirakçıları qarşısında videobağlantı vasitəsilə çıxışında deyib.
“Ukrayna razılaşmaya hazırdır”, - deyə o bildirib.
Ağ Evin yeni rəhbəri əlavə edib ki, Ukrayna müharibəsi onun ilk prezidentliyi dövründə başlamayıb və bu barədə müzakirələr belə olmayıb.