Borçalıda yaşayan Azərbaycan Türklərinə dediyin sözlərə qulaq asdım.
Siz özünüzə politoloq deyən şəxs onlara təhqir edici formada yanaşırsınız, amma onların taleyinə biganə qalan hakimiyyəti, onlarla işləməkdə cavabdeh olan Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Prezident Aparatına söz deyə bilmirsiniz.
Efirdə bu sözləri deməklə elə başa düşürsünüz ki, kimlərinsə xoşuna gələcəksiniz ?
Mübariz Əhməd oğlu, Borçalı Təbriz, Dərbənd, Kərkük, İrəvan kimi torpaqlarımız bu gün özünə orta güc deyən Azərbaycandan, bu hakimiyyətdən dəstək, kömək və sevgi gözləyir. Onların ümidi Azərbaycandır. Rəsmi Bakıdır. İndiki hakimiyyətdir. Amma.....
Sizə bir tarixi faktı xatırladım:
Ötən əsrin əvvələrində demokratik və bəşəri dəyərləri özündə birləşdirən Azərbaycan Cühmuriyyəti rəhbərləri Borçalıda erməni və gürcülərin etdiklərinə qarşı olaraq Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan və Ermənistan Xarici İşlər nazirlərinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851 N-li teleqramında konkret olaraq qeyd edir:
"Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir"
İndi Mübariz Əhməd oğlu sənin xidmət etdiyin Azərbaycan hakimiyyəti öz soydaşlarına, qədim torpağına sahib çıxmırsa və İran orda istədiyini edirsə bunun günahı orda yaşayanlardı?
İrəvan Azərbaycandır sözlərinə Kərkük, Borçalı, Dərbənd və Təbrizdə Azərbaycandır və orda yaşayanlar bizim millətdir sözlərini əlavə etməklə bütöv bir coğrafiyada tariximizə sahib çıxmaq daha doğru olmazmı ?
Siyasət, beynəlxalq münasibətlər, diplomatiya və sairə boş şeydir sən öz millətinə sahib çıxmırsansa !!!
Biz demirik ki, hakimiyyət bu qədim torpaqlarımıza ərazi iddiası kimi çıxış etsin, müharibə etsin. BMT prinsiplərinə zidd addımlar atsın !
Biz deyirik ki, VACiB odur ki, onlara öz millətinin bir parçası kimi SAHIB çıxsın!! Onlarda öz arxalarında Azərbaycanı görüb başqalarının təsiri altına düşməyəcəklər.
Zaur Əliyev, professor