Mirşaymer Trampın Kiyevə əsas təzyiq rıçağını açıqladı

Mirşaymer Trampın Kiyevə əsas təzyiq rıçağını açıqladı
28 Mar 2025 09:40

ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə silah tədarükünü planlaşdırmır. Ağ Evin rəhbəri münaqişənin həlli üçün silah tədarükü məsələsindən Kiyevə təzyiq rıçaqı kimi istifadə edəcək. Bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer "Judging Freedom"a müsahibəsində deyib.

"Düşünürəm ki, Tramp ukraynalılara deyəcək ki, o, silah məsələsi ilə bağlı Konqresə qayıdıb müraciət edə bilməyəcək. Çünki onun kifayət qədər səs çoxluğu yoxdur. Ona görə də silahlar tükənməmiş bu münaqişəni dayandırsalar yaxşıdır prinsipi ilə hərəkət edəcək",- professor qeyd edib.

Rusiya prezidenti Vladimir Putin “Arxangelsk” nüvə sualtı gəmisinin dənizçiləri ilə görüşü zamanı Trampın Ukrayna münaqişəsinə son qoymaq istəyini şərh edib.

Putinin sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti “bu münaqişəyə son qoymaq istəyir”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada