Mingəçevir Dövlət Universitetinin yeni rektoru KİMDİR...

Mingəçevir Dövlət Universitetinin yeni rektoru KİMDİR...
09 Apr 2025 16:36

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. Bundan əvvəl universitetə Şahin Bayramov rəhbərlik edib, o, ötən il Qarabağ Universitetinin rektoru vəzifəsinə gətirilib.

News365.az yeni təyin edilən rektorun kim olduğunu araşdırıb.

O, 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb.

Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə, Türkiyənin Egey Universitetini,Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin dövrdə Türkiyə Gənc Girişimcilər Birliyinin üzvü, Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri olub.

2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib.

2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2016-cı ildə dosent elmi adını alıb.

2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib. 2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.


Sizin reklam burada
Sizin reklam burada