Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Azərbaycan - Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, dostum və həmkarım Laziz Kudratovu ölkəmizdə qarşılamaqdan məmnun olduq. Ölkələrimizin strateji tərəfdaşlığını, dinamik iqtisadi inteqrasiyanı və yeni təşəbbüsləri vurğuladıq. Qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.