Milli komandamızın futbolçusu cinayət işi ilə üzləşdi

Milli komandamızın futbolçusu cinayət işi ilə üzləşdi
11:32

Azərbaycan millisinin futbolçusu Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.

News365.az xəbər verir ki, hazırda “Sivasspor”un şərəfini qoruyan futbolçunun adı Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda var.

Çelik barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştiraka görə 1024 futbolçunun adını Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib. /// Teleqraf


Sizin reklam burada
Sizin reklam burada