Özünü məmur kimi tanıdıb vətəndaşları aldadırmış - Foto

Özünü məmur kimi tanıdıb vətəndaşları aldadırmış - Foto
13:23

Ağsuda dələduzluq əməlinə görə 1 nəfər saxlanılıb.

News365.az DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Ağsu RPŞ-nin keçirdiyi tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada