Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
https://news365.az/ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.
Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.