Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

Məşhur yazıçı  VƏFAT ETDİ - FOTO
01 İyl 2024 17:08

Dünyaşöhrətli albaniyalı yazıçı İsmail Kadare 88 yaşında vəfat edib.

News365.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb .

Bildirilib ki, o, sağlamlıq problemləri ilə əlaqədər bu gün səhər xəstəxanaya yerləşdirilib.

Amma onun ölüm səbəbi hələ ki məlum deyil.

Prezident Bayram Beqay və digər rəsmi şəxslər yazıçının ölümü ilə bağlı başsağlığı veriblər.

O, uzun müddət kommunist rejiminə qarşı mübarizə aparıb. İ.Kadarenin məşhur əsərləri arasında “Daşda salnamə”, “Böyük tənhalığın qışı” var. İ.Kadare bir çox beynəlxalq mükafatlara layiq görülüb, əsərləri xarici dillərə tərcümə olunub.



Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər