Arı göz bəbəyini sancdı

Arı göz bəbəyini sancdı
03 İyl 2024 17:36

ABŞ- də arı bir adamın göz bəbəyini sancıb.

News365.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.

Məlumata görə, həkimlər xəstənin gözündən sancmağı götürüb evə göndəriblər.

Lakin iki gün sonra amerikalı yenidən klinikaya gəlib və məlum olub ki, həkimlər yad cismi tam çıxarmayıb.

Yenidən müayinə zamanı kişinin gözünün iris qişasının aşağı hissəsində şiş, iltihab və qan sızması olduğu müəyyən edilib.

Xəstə şiddətli ağrı hiss etdiyi və görmə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə pisləşdiyi bildirilib.

Qalan sancma tez bir zamanda aşkar edilib və çıxarıldıqdan sonra lazımi dərmanlar təyin edilib.

Həkimlərin qeyd ediblər ki, belə hallar çox nadir hallarda baş verir.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər