Məşhur rusiyalı döyüşçü, Ultimate Fighting Championship-in (UFC) yüngül çəki çempionu İslam Maxaçev çempionluq titulunu itirə bilər. Bu barədə ABC.es nəşri məlumat yayıb.
Sayt mənbəsinə istinad edib. Mənbənin sözlərinə görə, bu, Maxaçevin gürcü əsilli ispan döyüşçü İlia Topuriya ilə döyüşməkdən imtina edəcəyi təqdirdə mümkün olacaq.
Mart ayında Maxaçevin hələ də Topuriya ilə oktaqona girməyə razı olmadığına dair məlumatlar ortaya çıxmışdı. Maxaçev bundan imtina edərsə, UFC onu titulundan məhrum edəcək və Topuriya yüngül çəkidə UFC çempionu tituluna ən yaxın namizəd olan braziliyalı Çarlz Oliveyra ilə döyüşə biləcək.
Tural