İdmançımız Türkiyədəki yarışda birinci oldu

İdmançımız Türkiyədəki yarışda birinci oldu
20 Apr 2025 16:01

Triatlon üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Serik şəhərində keçirilən Türkiyə Kubokunda uğurlu çıxış ediblər.

Federasiyadan  verilən məlumata görə, yarışda 2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov 1-ci yeri tutaraq fəxri kürsünün zirvəsinə qalxıb.

2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci yerin sahibi olub.

2008-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışda isə 56 iştirakçı arasından Əli Rzazadə 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı yerdə finişə çatıb.


Sizin reklam burada
Sizin reklam burada