Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messi övladlarının hansı futbolçuları bəyəndiyini açıqlayıb.
Bu barədə xarici KİV yazıb.
"Mənim övladlarım hansı futbolçuları bəyənir? Mbappe, Vinisius, Yamal, Levandovski, Haaland...", - deyə forvard bildirib.
Qeyd edək ki, Messinin Antonella Rokuzzo ilə evliliyindən Tiaqo, Mateo və Çiro adlı üç oğlu var.