Məşhur amerikalı jurnalist ölkəsini faşist dövləti adlandırdı

Məşhur amerikalı jurnalist ölkəsini faşist dövləti adlandırdı
14:00

ABŞ-də faşist dövlətinin xüsusiyyətləri var. Bu fikri məşhur amerikalı mühafizəkar jurnalist Taker Karlson özünün YouTube kanalında yazıçı Qlen Qrinvaldla söhbətində bildirib. 

"Əslində Rusiya deyil, bizim hökumətimiz faşist dövlətidir",- deyə Karlson gileylənib.

Onun sözlərinə görə, bu gün dünya ictimaiyyəti ABŞ prezidenti Cozef Baydenin rəhbərlik etdiyi və hakimiyyətdən gedən administrasiyasının hamını qəsdən nüvə müharibəsinə təhrik etməsini əks etdirən hadisələrin dəhşətli inkişafını izləyir.

Xatırladaq ki, məşhur jurnalist bu ilin fevral ayında Rusiya lideri Vladimir Putindən müsahibə götürmüşdü. Müsahibə fevralın 9-na keçən gecə dərc olunub. Jurnalistin Kreml rəhbəri ilə söhbəti ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər