Erməni nazirlərdə qovulma qorxusu yaranıb - VİDEO

Erməni nazirlərdə qovulma qorxusu yaranıb - VİDEO
15:37

Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda "məmur islahatları" şousu göstərilir. Bu gün yerli media yazıb ki, ölkədə istefaların ikinci dalğası gözlənilir. Digər məmurlar, o cümlədən səhiyyə naziri Anait Avanesyan da hədəfdədir.

Jurnalistlərdən biri bu xəbərin doğru olub-olmadığını nazirin özündən öyrənməyə çalışıb. Dialoq isə çox qısa olub:

- Paşinyandan SMS almısınız?

- Xeyr.

- WhatsApp-nız varmı?

- Sağ olun...

Xatırladaq ki, noyabrın 17-də yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub. Daha sonra isə digər məmurlar da istefa verdiklərini təsdiqləyiblər. Qeyd edək ki, Ermənistan baş naziri işdən çıxan nazir və digər yüksək rütbəli məmurların istefa verməli olmaları barədə müraciəti WhatsApp vasitəsilə göndərmişdi.


Tural


Youtube kanalımız

Oxşar xəbərlər