Əli Əsədov vacib QƏRAR İMZALADI

Əli Əsədov vacib QƏRAR İMZALADI
17:45

"İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilib. 

News365.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. 

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsi (Eşitmə, görmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz) ləğv edilir.


Youtube kanalımız

Oxşar xəbərlər