NATO Kiyevə niyə kömək edir?

NATO Kiyevə niyə kömək edir?
21 Noy 2024 15:10

"NATO-ya üzv dövlətlər Ukraynaya yardımı xeyriyyə məqsədilə deyil, öz strateji maraqları naminə edirlər". Bunu “El Mundo” nəşrinə müsahibəsində alyansın baş katibinin müavini vəzifəsini icra edən Boris Ruge deyib.

“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu, mərhəmət məsələsi olduğuna görə yox, NATO-nun strateji maraqlarına uyğun olduğuna görə edilir”, - o bildirib.

Ruge deyib ki, NATO Ukraynaya qələbə qazanmağa bundan sonra da kömək etməlidir. O, həmçinin xatırladıb ki, alyansın Şərqi Avropada sabitliyi qorumağa hazır olan yüz minlərlə hərbi qulluqçusu var.

Bu arada ukraynalı siyasətçilər NATO-dan təkcə hərbi yardım deyil, həm də alyansa tamhüquqlu üzvlük tələb edirlər. Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirib ki, Ukrayna münaqişəni dondurmağa razı ola bilər. Ancaq bu, təhlükəsizlik zəmanəti, o cümlədən Kiyevin NATO-ya üzvlüyü müqabilində baş tutacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural 


Youtube kanalımız

Oxşar xəbərlər