Balıq insan orqanizmi üçün ciddi əhəmiyyəti olan qida məhsullarındandır. Lakin, Xəzər dənizində balıq ehtiyatları kəskin azalıb.
Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı Ekoloq Rövşən Abbasov News365.az-a danışıb.
"Xəzərdə balığın azalmasının əsas səbəbi, xəzər balıqlarının kürtökmə yerlərinin bitməsidir. Bu kürtökmə yerləri əvvəllər çaylarda idi. İndi həm çaylarda suyun azalması, həm də dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində balıqların kürtökmə yerlərinə getməsi çətinləşib. Üstəlik əksər Xəzərə tökülən çayların üzərində bəndlərin qurulması və bu keçidlərə malik olurlar. Digər səbəb isə əlbəttə ki, suyun tempuraturunun istiləşməsidir. Bu da yaşayış yerlərinin pisləşməsinə səbəb olmuşdur. Çünki oksigenin zəifləməsi mühitin korlanması Xəzər dənizi balıqlarının populyasiyalarına çox ciddi təsir edir."
News365.az