"Paşinyan xalqı aldatmağa davam edir..." -Erməni jurnalist

"Paşinyan xalqı aldatmağa davam edir..." -Erməni jurnalist
21 Noy 2024 14:45

Ermənilərin tanınmış araşdırmaçı jurnalisti Oskan Sarkisyan son günlər gündəmə çevrilmiş "məmur islahatları"nı tənqid edib.

O, "Mamul" nəşrində yazıb: “Nikol Paşinyan xalqı aldatmaqda davam edir. O, sosial şəbəkədə yazaraq Vahe Qazaryana təşəkkürünü bildirib. Baş nazir yeni daxili işlər naziri  Arpine Sarkisyana uğurlar arzulamasını əks etdirən video yayıb. Nikol Paşinyan, Vahe Qazaryana niyə təşəkkür etdin? Onun işindən razı olsaydın, gecə ikən nazirə istefa verməsi barədə əmr-sərəncam göndərməzdin. Gözləyərdin ki, səhər açılsın, onu layiqincə qəbul edərdin. Biz yüksək vəzifəli məmurları hansı nöqsanlara görə işdən çıxardını heç vaxt bilməyəcəyik... Siz bütün Ermənistan xalqının, 3 milyonluq ölkənin baş nazir olduğunuzu deyirsiz. Bəs niyə baş nazir kimi bu xalqa məlumat vermirsiniz ki, əsas kadrlarla bağlı dəyişikliklər etdiniz? Nikol Paşinyan xalqı aldatmaqda davam edir".

Xatırladaq ki, noyabrın 17-də yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub. Daha sonra isə digər məmurlar da istefa verdiklərini təsdiqləyiblər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər