Polşa Ukraynadakı aktiv hava hücumu xəbərdarlığı fonunda hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatını ən yüksək səviyyəyə çatdırıb. Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
“Silahlı qüvvələrin əməliyyat komandiri bütün mövcud qüvvə və vasitələri prosesə cəlb edib. Növbətçi qırıcılar cütlüklər şəklində havaya qaldırılıblar. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri isə ən yüksək hazırlıq səviyyəsinə gətirilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, NATO aviasiyası da Polşanın hava məkanının mühafizəsində iştirak edir. Komandanlıq məlum tədbirlərin Rusiyanın Ukraynanın qərbində yerləşən hədəfləri növbəti dəfə vurması ilə əlaqədar görülüb. Qeyd edək ki, Rusiya Dneprə qitələrarası ballistik raket atıb.
Tural