Kiyev Baydendən “Tomahawk” raketləri də tələb edəcək -"Politico"

Kiyev Baydendən “Tomahawk” raketləri də tələb edəcək -"Politico"
21 Noy 2024 14:35

Ukrayna hakimiyyəti Amerika prezidenti Cozef Baydendən uzaqmənzilli “Tomahawk” qanadlı raketlərini və Rusiya ərazisinə zərbələr endirmək üçün onlardan istifadə icazəsi tələb edə bilər. Bu barədə “Politico” qəzeti Ukrayna Ali Radasının Müdafiə Komitəsinin sədr müavini Yeqor Çernevə istinadən yazıb.

“O (Çernev-red.) deyib ki, onlar Bayden administrasiyasını Kiyevə məlum qanadlı raketlərdən istifadə icazəsini əldə etməyə, bu prosesə tələsməyə başlaya bilərlər... "Tomahawk"dan Rusiya müdafiə zavodlarına Ukrayna hüdudlarından kənarda zərbələr endirmək üçün istifadə oluna bilər”, - məqalədə qeyd edilib.

Xatırladaq ki, “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər.

ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols isə noyabrın 19-da “O Globo” nəşrinə müsahibəsində qərarı rəsmən təsdiqləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər