"Tikililərin azalması Bakı şəhərinin baş planı ilə bağlıdır. Artıq düşünürəm ki, 2025-ci ildən bu məhdudlaşma aradan qaldırılacaq."
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bunu News365.az-a deyib.
"Daşınmaz əmlakın müxtəlif ərazilərdə qiymət dəyişimləri hər zaman baş verir. Coğrafi yanaşma ilə buna yanaşsaq daha düzgün olar. Türkiyədə zəlzələ baş verdiyi dönəmdə torpaqların və həyət evlərinin qiymətinin kəskin artımı oldu. Pandemiya dövründə də vətəndaşlarda bu təşviş yaranmışdı, daşınmaz əmlakda daha çox fərdi evlər və torpaqların bahalaşması müşahidə olundu. Müəyyən faktrlar nəticəsində qiymət artımları baş verir."
Ekspert eyni zamanda ən çox tələb olunan ərazilərin adlarını açıqlayıb:
"Azərbaycanda ən tələb olunan və qiyməti çox olan ərazi Mərdəkandır. Mərdəkanda torpaq da, fərdi ev də tapmaq çətindir. İnsəfrastruktur yaxşıdır, əhali ora çoc can atır. Zirə, Türkan bəzi uzaq ərazilər hara ki təlabat azdır. İşbazlar belə ərazilərdə evlər tikib satırlar. Tikililərin azalması Bakı şəhərinin baş planı ilə bağlıdır. Artıq düşünürəm ki, 2025-ci ildən bu məhdudlaşma aradan qaldırılacaq. Ölkədə qanunsuz tikililərin məsələsi son illər müzakirə olunur. Əgər sənədləşmə prosesi dövlət tərəfindən təmin olunması 2025-ci ildən başlayarsa, bu halda bir çox daşınmaz əmlak təminatlı olar."- deyə ekspert bildirib.
News365.az