ABŞ prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verməsi düşünülmüş strategiyadan çox qəzəb amili ilə izah olunmalıdır. Gazeta-nın yaydığı məlumata görə, bBu barədə jurnalist Sumantra Maitra The American Conservative-də (TAC) dərc olunan məqaləsində yazıb.
“Bayden administrasiyasının qərarı strategiyadan daha çox onun qəzəbini göstərir. Bu, yeni seçilmiş prezidenti Trampı eskalasiya yoluna çəkmək istəyindən xəbər verir. Hərçənd son bir neçə ay ərzində nə cəbhədə vəziyyət dəyişib, nə də təhdidlərin qiymətləndirilməsi dəyişməyib”, - o qeyd edib.
Xatırladaq ki, “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər.
ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols isə noyabrın 19-da “O Globo” nəşrinə müsahibəsində qərarı rəsmən təsdiqləyib.
Tural