Çinli geoloqlar Hunan əyalətindəki mədəndə təxminən 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar ediblər. Bu barədə Rusiya mediası vilayətin Geologiya İdarəsinə istinadən məlumat yayıb.
Mütəxəssislər Vanqu adlanan yataqda 2 min metrdən çox dərinlikdə 40-dan çox qızıl mənbəyi olan xüsusi zonalar aşkar ediblər.
“Vanqu qızıl yatağında filiz yataqlarının miqyası olduqa böyükdür. Qızıl ehtiyatları min tondan çox, ehtiyatların dəyəri isə 600 milyard yuana çatacaq”, - mənbə qeyd edib.
Qeyd edək ki, Çin hazırda dünyanın ən böyük qızıl istehsalçısıdır. Dünya Qızıl Şurasının məlumatına görə, 2023-cü ildə qızıl istehsalının təxminən 10%-i Çinin payına düşüb.
Tural