Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, son 24 saat ərzində xəstəxanalara 63 nəfərin meyiti gətirilib, onlardan 60-ı dağıntılar altından çıxarılıb.
News365.az xəbər verir ki, həmçinin 39 nəfər yaralanmış halda qəbul edilib.
Nazirliyin açıqlamasına görə, 7 oktyabr 2023-cü ildən bəri davam edən münaqişə nəticəsində ümumilikdə 67 869 nəfər həyatını itirib, 170 105 nəfər isə yaralanıb. Ən çox həlak olanlar arasında sivil əhali, o cümlədən qadın və uşaqlar vardır.
Qeyd edək ki, bu məlumatlar Səhiyyə Nazirliyinin rəsmi statistikası əsasında yayımlanıb və vəziyyətlə bağlı saylar mütəmadi olaraq yenilənir. Humanitar və tibbi infrastrukturun vəziyyəti isə hələ də kritik olaraq qalır.
News365.az