“Həmasın ən çox güvəndiyi dövlət Türkiyədir”- Əli Mustafa

“Həmasın ən çox güvəndiyi dövlət Türkiyədir”- Əli Mustafa
14:23

 "Qəzzəyə humanitar yardımların buraxılması məsələləri var. Növbəti mərhələdə isə artıq Qəzzanın və ümumilikdə Fələstinin gələcəyi ilə bağlı məsələlərin necə həll olunacağı müzakirə ediləcək. Qəzzanın bərpası məsələsi də gündəmdədir."

Politoloq Əli Mustafa bu fikirləri News365.az-a açıqlamasında bildirib.

"Ehtimal olunur ki, bu gün Misirdə keçiriləcək görüşdə Qəzzanın bərpası məsələsi də əsas müzakirə mövzularından biri olacaq. Amma orada başqa bir məsələ də var – təqribən, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir və Qətərin qarantılığı ilə atəşkəsin daimi olması planlaşdırılır. Əsas məsələ Həmasın bu məsələyə münasibəti idi. Onlar istəyirdi ki, girovlar qaytarıldıqdan sonra müharibənin yenidən başlamayacağına dair qarantiyalar verilsin.

Ümumiyyətlə, Həmas hesab edirdi ki, girovlar onun əsas təminatıdır. Girovlar olduğu müddətdə İsrail Qəzzəni tam miqyaslı bombalamır, hərbi əməliyyatlar müəyyən səviyyədə məhdud həyata keçirilirdi. Amma indi, girovlar qaytarıldıqdan sonra Həmasın əlində belə bir “təzyiq kartı” qalmır. Bu halda İsrail hücum edərsə, çox ciddi dağıntılar və kütləvi insan itkiləri ola bilər.

Məhz bu səbəbdən Həmas əsas şərt kimi ondan tələb edirdi ki, bu savaşın bitdiyi, atəşkəsin daimi olacağına dair qarantiyalar verilsin. Bu təminatı da Birləşmiş Ştatlar öz üzərinə götürdü. Konkret olaraq, Tramp İsrail tərəfdən bu qarantiyanı verdi. Həmas tərəfdən isə Misir və Qətər prosesdə əsas təmsilçilər sayılır.

Əslində, tərəflər çalışırlar ki, məsələ üçtərəfli formatda həll olunsun, amma bəlli oldu ki, bu kifayət etmir. Buna görə məcbur olub Türkiyə də prosesə daxil edildi. Aydın oldu ki, Həmasın ən çox güvəndiyi, etibar etdiyi dövlət Türkiyədir. Buna görə də Türkiyənin prosesi təmsilçi səviyyəsində – Prezident Administrasiyasının nümayəndəsi İbrahim Qalının iştirakı ilə – razılaşmanın imzalanmasına qoşulması təmin edildi.

Hazırda da bu məsələ G20 sammitində müzakirə olunur və Türkiyə bu prosesdə fəal şəkildə iştirak edir."


Sizin reklam burada
Sizin reklam burada