Netanyahu Misirdəki sammitə getməyəcək

Netanyahu Misirdəki sammitə getməyəcək
15:25

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Misirdə keçiriləcək Sülh sammitində iştirak etməyəcək.

News365.az xəbər verir ki, bu barədə məlumatı Netanyahunun Ofisi yayıb.

Bildirilib ki, buna səbəb bu gün axşamdan ölkədə Simchat Torah yəhudi bayramının başlamasıdır. 

İsrail liderləri fövqəladə vəziyyət istisna olmaqla, yəhudi bayramlarında səfərlərə yollanmırlar. 

Qeyd edək ki, bundan əvvəl, Netanyahunun Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə tədbirdə iştirak edəcəyi bildirilirdi.


Sizin reklam burada
Sizin reklam burada