Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.
Elçin Mirzəbəyli bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib. Xəbəri də yalnız mətbuatdan oxuyub.
"Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Çünki bir neçə gün öncə Qüdrət müəllim (ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev-red.) mənim telefon zənglərimi bloka atmışdı. Əlaqə saxlamaq imkanım olmamışdı. Sonra görüşəndə mənə dedi ki, şəxsi münasibətlərdə heç bir problem yoxdur, siyasi baxışlarımız üst-üstə düşmür. Mənim son 20 ildəki siyasi baxışlarım isə dəyişməyib, eyni işlə məşğul olmuşam. Mən dedim ki, hörmətlə yanaşıram. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam",- o deyib.