“Azərbaycan Fələstin sülh prosesinə dəstək verir”- Aydın Mirzəzadə

“Azərbaycan Fələstin sülh prosesinə dəstək verir”- Aydın Mirzəzadə
17:02

Yaxın Şərqdə sülh prosesini nizamlamaq məqsədilə tarixi bir görüşün keçirilməsi gözlənilir. Bu prosesə aidiyyəti olan dövlət və şəhərlərin yüksək səviyyəli iştirakı ilə baş tutacaq tədbir region üçün dönüş nöqtəsi hesab olunur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə News365.az-a açıqlamasında bildirib ki, İsrail-Fələstin qarşıdurmasının artıq bir dəfəlik həllinə yönələn bu təşəbbüs böyük əhəmiyyət kəsb edir:

“Ortada Donald Trampın ‘Tramp layihəsi’ adlanan yeni bir təşəbbüsü var və bu, ciddi müzakirə mövzusudur. Əsas məqsəd uzunmüddətli sülhün təmin edilməsidir. Dövlətlərin təklifləri, eləcə də Fələstin xalqının mövqeyi nəzərə alınmaqla regionda davamlı sabitlik qurulacağı gözlənilir.”

Deputat qeyd edib ki, tədbirə Azərbaycan Prezidentinin dəvət olunması ölkəmizin beynəlxalq birlikdə artan nüfuzunun göstəricisidir:

“Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır, Fələstinin bərpasında iştirak etməyə və konstruktiv təkliflərə dəstək verməyə hazırdır.”

Aydın Mirzəzadənin sözlərinə görə, görüş çərçivəsində Azərbaycanın digər dövlət nümayəndələri ilə ikitərəfli danışıqlar da nəzərdə tutulur. Bu danışıqlarda regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində təkliflər müzakirə ediləcək.


Sizin reklam burada
Sizin reklam burada